mobil versiya

Azərbaycan millisi Ukraynaya böyük hesabla uduzub



İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi martın 26-da Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Samir Əliyevin başçılıq etdiyi komanda doğma meydanda Ukrayna ilə görüşüb. “Azərsun Arena”da keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0.
Qeyd edək ki, Azərbaycan milisi 6 oyundan sonra 3 xalla qrupda sonuncu - altıncı pillədə qərarlaşıb. Ukrayna yığması isə 18 xalla turnir cədvəlinə başçılıq edir.
KARUSEL / İDMAN
Tarix: 26-03-2024, 18:14