mobil versiya

İlham Əliyev bu rayonların icra baçşçılarının yerlərini dəyişib




Prezident İlham Əliyev bu gün imzaladığı Sərəncamla Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Elxan İbrahimov 2022-ci ildən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.
Prezidentin imzaladığı digər Sərəncamla Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezident İlham Əliyev imzaladığı Sərəncamla Orxan Çingiz oğlu Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.


Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Vüqar Vahid oğlu Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezdient bununla bağlı Sərəncam imzalayıb.


Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.


Reportyor.az






KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 14:16