mobil versiya

Ərdoğanla Putin telefonla danışıb



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Söhbət zamanı Ərdoğan və Putin ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələlərinə toxunublar. Türkiyə prezidenti Rusiya dövlət başçısına qaz qovşağının tikintisinin yaxın vaxtlarda başa çatdırılması planları barədə məlumat verib.
Dövlət başçıları Suriyada nizamlanma planları barədə danışıblar. Ərdoğan Suriyanın şimalının terrorçulardan azad edilməsi üçün konkret addımların atılmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin bildirib ki, Suriya rəhbərliyi Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün siyasi addımlar atmalıdır.
Liderlər Ukraynanı da müzakirə ediblər. Ərdoğan növbəti dəfə Rusiya ilə Ukrayna arasındakı münaqişənin tezliklə sona çatması və sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu bildirib.

KARUSEL / DÜNYA
Tarix: 5-01-2023, 14:10