Putin və Ərdoğan arasında ikitərəfli görüş başlayıb

Görüşün protokol hissəsində çıxış edən Vladimir Putin türkiyəli həmkarı ilə iki ölkə arasındakı münasibətləri, iqtisadi əlaqələri və regional mövzuları müzakirə edəcəklərini söyləyib.
Ərdoğan isə çıxışında onu Rusiyada keçirilən “MAKS-2019”a dəvət etdiyinə görə V. Putinə təşəkkürünü bildirib: "Bu tədbirdə Rusiyanın hərbi, mülki təyyarələri, helikopterləri ilə tanış olmaqdan çox məmnunam. Rusiyanın kosmosla bağlı fəaliyyəti çox maraqlı idi".
Ərdoğan Putinlə həm təkbətək, həm də ikitərəfli görüş keçirəcəyini və bu görüşdə regional məsələləri müzakirə edəcəklərini də söyləyib.
Fərid Əkbərov
MANŞET / SİYASƏT / DÜNYA
Tarix: 27-08-2019, 16:17