mobil versiya

Ərdoğandan F-35-lərlə bağlı YENİ HƏMLƏ: sabah Putinlə birlikdə...


ABŞ-ın F-35 təyyarələrini Türkiyəyə verməklə bağlı problem yaratmasından sonra Ankara yenidən üzünü Rusiyaya tutub.
Publika.az
xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin sabah MAKS-2019 Beynəlxalq Hava və Kosmik Sərgi çərçivəsində görüşəcəklər.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ərdoğan sərgidə Rusiya istehsalı olan Su-35 döyüş təyyarələrinə baxış keçirəcək. Lakin o, Türkiyənin Rusiyadan bu təyyarələri istəyib-istəmədiyi sualını şərh etməkdən imtina edib.

Qeyd edək ki, NATO “Patriot” sistemlərini Türkiyəyə verməkdən imtina etməsindən sonra Ankara Rusiyadan S-400 sistemlərini alıb. Bu, məsələ Ankara və Vaşinqton arasında böhrana səbəb olub.

Asif 
 /publika.az/ 
SİYASƏT / DÜNYA
Tarix: 26-08-2019, 16:13