Ərdoğan və Makron koronavirus pandemiyasını müzakirə etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Əlaqələr üzrə İdarəsinin məlumatında bildirilir.
Qeyd edilir ki, dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizə üzrə beynəlxalq səyləri müzakirə ediblər.
Liderlər telefon danışığında həmçinin ikitərəfli əlaqələr və regional proseslər haqqında fikir mübadiləsi aparıblar.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 22-04-2020, 10:40