Türkiyə Naxçıvanla sərhədi açdı
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib.
Bu barədə REPORTYOR.AZ-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb, Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib. Fevralın 26-sı saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 26-02-2020, 17:54