mobil versiya

Ukraynadakı səfirimiz geri çağırıldı, yerinə başqa səfir təyin edildi


Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Seymur Qurban oğlu Mərdəliyev vəzifəsindən geri çağırılaraq Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.

KARUSEL / SİYASƏT
Tarix: 23-05-2023, 15:24