mobil versiya

Ermənilər gürcülərlə matçda təxribat planlaşdırır


Ermənistan təmsilçisi “Ararat” Gürcüstan çempionu “Saburtalo” ilə Avropa Liqasının 3-cü təsnifat mərhələsində qarşı-qarşıya gələcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ilk matç avqustun 6-da Yerevanın “Respublika” stadionunda baş tutacaq.
Radikal erməni fanatları artıq indidən gürcü azarkeşlərin Yerevana gəlişinə “hazırlaşır”. Belə ki, iki ölkənin fanatları arasında tez-tez davalar olur. Bu davaların kökü hələ Sovet İttifaqı zamanı Tbilisi “Dinamo”su və Yerevan “Ararat”ı arasında baş tutan matçlardan qaynaqlanır. Hətta, 1958-ci ildə “Ararat” və “Dinamo” klubları arasında matç fanatların qarşıdurmasına görə təxirə salınmışdı.
2013-cü ilin iyunun 17-də “Dinamo” Tbilisi və “Şirak” Gümrü komandalarının matçında kütləvi dava düşmüşdü. Həmin vaxt 80-a qədər erməni azarkeşi ilə gürcü fanatı arasında Tbilisi stadionu yaxınlığında kütləvi dava zamanı yaralananlar var idi. Polisin müdaxiləsindən sonra dava səngimişdi. Toqquşmalara səbəb erməni azarkeşlərin tribunalardan “Rusiya” deyə çığırmaları olmuşdu. Buna cavab olaraq, gürcü fanatlar “Azərbaycan” deyə qarşılıq vermişdilər.
Sonuncu diqqət çəkən insident isə 2016-cı ilin iyunun 30-da baş vermişdi. O zaman Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gümrünün “Şirak” və Qorinin “Dile” klubları arasında matçdan sonra toqquşmalar baş vermişdi. Gürcü azarkeşlər erməni fanatların təxribatçı plakatlarından qəzəblənərək erməni futbolçuları daşıyan avtobusa hücum çəkmişdilər. İnsident zamanı bir neçə nəfər xəsarət almışdı.
Bir neçə saatdan sonra baş tutacaq “Ararat”-“Saburtalo” matçına gəlincə, Respublika stadionunda keçiriləcək matça 8692 bilet satılıb. Matçın ənənəvi olaraq gərgin keçəcəyi, gürcü və erməni fanatlar arasında toqquşmaların olacağı gözlənilir.
Belə ki, ermənilərin “Red Eagles” və “First Armenian Front” fanat birlikləri gürcü azarkeşlərini səbirsizliklə gözlədiklərini, onlara Yerevanda “isti qəbul” hazırladıqlarını bəyan ediblər.

İDMAN
Tarix: 6-08-2019, 15:58