mobil versiya

“Qarabağ”ın rəqibi müəyyənləşir



“Qarabağ”ın avrokuboklardakı növbəti rəqibi bu gün müəyyənləşəcək.
Təmsilçimizin Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı komanda Minsk “Dinamo”su ilə “Lüdoqorets”in duelində bəlli olacaq.
Sonuncular evdə qazanılan 2:0 hesablı üstünlüyü səfərdə qorumağa çalışacaqlar. III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-də keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
31 iyul

22:45. "Dinamo" Mn - "Lüdoqorets"
İlk oyun – 0:2

KARUSEL / İDMAN
Tarix: 31-07-2024, 10:17