Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi açıqlanıb
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.
Son Azərbaycan çempionu II raundda Cəbəllütariqin “Linkoln” klubunu mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 22-07-2024, 14:24