mobil versiya

Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi



Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi işdən çıxarılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, polis mayoru Mais Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Bildirək ki, M.Məmmədov iki ilə yaxın Göygöl rayon Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.
KARUSEL / ÖLKƏ
Tarix: 6-10-2019, 14:40