Nazir polis rəisini, müavinini və “uçastkovu”nu işdən çıxartdı
Bakının Sabunçu rayon Polis İdarəsinin 3 vəzifəli şəxsi vəzifəsindən azad olunub.
Reportyor.az trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.
Nazirin əmrləri ilə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini, polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili işlərində yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.
MANŞET / KARUSEL / GÜNDƏM / SOSİAL / ÖLKƏ
Tarix: 25-09-2019, 13:56