mobil versiya

Pensiya ödənişlərinə 943 milyon manat yönəldilib



2023-cü ilin yanvar-fevral aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 15,8 faiz (128 mln. manat) çox olmaqla 943 mln. manat vəsait yönəldilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Pensiyaların orta məbləği 18,5 faiz artaraq 423 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 456 manata çatıb.
Pensiya islahatlarında yeni mərhələ kimi, minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.(AzPolitika.info)


KARUSEL / SOSİAL
Tarix: 7-03-2023, 17:51