mobil versiya

Cari ilin yeddi ayında pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb






Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (367 mln. manat) çox olmaqla 4 mlrd. 142 mln. manat vəsait yönəldilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Cari ilin yanvar-iyul aylarında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 11:36