mobil versiya

Yeddi ayda pensiya ödənişlərinə 3 mlrd. 775 mln. manat vəsait yönəldilib



Cari ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (456 mln. manat) çox olmaqla 3 mlrd. 775 mln. manat vəsait yönəldilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Hesabat dövründə ölkə üzrə pensiyaların orta məbləği 13 faiz artaraq 491 manat, yaşa görə pensiyanın orta məbləği 525 manat təşkil edib.

Bu ilin 7 ayında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 127 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

KARUSEL / SOSİAL
Tarix: 15-08-2024, 12:19