Liviyanın Milli Birlik Hökuməti miqrantların qəbulu ilə bağlı ABŞ ilə koordinasiyanı rədd edib

Liviya Milli Birlik Hökuməti ABŞ-dan deportasiya edilmiş miqrantların qəbulu ilə bağlı onunla hər hansı razılaşma və ya koordinasiyanı qəti şəkildə rədd edib.
Reportyor.az xəbər verir ki, bu barədə Liviya xəbər agentliyi (LANA) məlumat yayıb.
Çərşənbə günü verdiyi bəyanatda hökumət Liviya ərazisindən onun xəbəri və ya razılığı olmadan miqrantların deportasiyası üçün təyinat yeri kimi istifadə edilməsini qəti şəkildə rədd etdiyini təsdiqləyərək, onun milli suverenliyini qorumaq hüququna sadiq qaldığını vurğulayıb.
Bəyanat ABŞ rəsmilərinin ABŞ prezidenti Donald Tramp administrasiyasının miqrantları Liviyaya deportasiya edə biləcəyini bildirməsindən sonra verilib.
KARUSEL / DÜNYA
Tarix: 8-05-2025, 10:11