Liviya sahillərində 995 miqrant saxlanılaraq geri qaytarılıb
Son bir həftə ərzində Liviya sahillərində 995 miqrant saxlanılaraq geri qaytarılıb.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Miqrantların 17-si uşaq olub.
Məlumatda bildirilib ki, bu il ümumilikdə 7059 qeyri-leqal miqrant saxlanılıb, 282 nəfər dənizdə boğularaq ölüb, 449 nəfər isə itkin düşüb. 2023-cü ildə tutularaq geri qaytarılan miqrantların ümumi sayı 17 190 nəfər olub.
2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada yaranan xaos əksəriyyəti Afrika ölkələrindən olan bir çox miqrantı Aralıq dənizi vasitəsilə Avropa sahillərinə keçməyə cəhd göstərməyə sövq edib.
KARUSEL / DÜNYA
Tarix: 4-06-2024, 11:01