mobil versiya

Dünyada 8 min miqrant keçən il həlak olub



Beynəlxalq Miqrasiya Təşkilatı 2023-cü ildə dünya üzrə miqrasiya yollarında azı 8 min 565 nəfərin həlak olduğunu açıqlayıb. Bu, mühacir ölümü ilə bağlı rekord göstəricidir.
NBC telekanalının xəbərinə görə, Beynəlxalq Miqrasiya Təşkilatı ötən il qeydə alınan miqrant ölümlərinin sayının 2016-cı ildəki (8084 nəfər) rekordu üstələdiyini bildirib.
Təşkilatın yaydığı məlumatda qeyd olunub ki, “İtkin miqrantlar” layihəsi tərəfindən toplanan bu dəhşətli rəqəmlər təhlükəsiz miqrasiyanı təmin edə bilmək üçün daha təsirli tədbirlərin görülməli olduğunu göstərir.
Xatırladaq ki, 2014-cü ildən bəri miqrant ölümlərinin və itkin düşənlərin qeydiyyatını aparan “İtkin miqrantlar” layihəsi Aralıq dənizi marşrutunun miqrantlar üçün ən ölümcül yol olduğunu müəyyən edib. Ötən il həmin marşrutda azı 3 min 129 mühacir həyatını itirib.

KARUSEL / DÜNYA
Tarix: 7-03-2024, 12:51