mobil versiya

27 minə yaxın qaçqın və miqrant qanunsuz olaraq Almaniyaya gəlib



Son aylar Almaniya qanunsuz miqrasiyaya qarşı digər dövlətlərlə sərhədlərdə mühafizə və polis yoxlamalarını artırıb. 

AzEuroNews.com xəbər verir ki, buna baxmayaraq bu ilin yanvarından avqust ayına kimi 26 409 qaçqın və miqrant qanunsuz olaraq Almaniyaya daxil olub. 

Almaniya Daxili İşlər Nazirliyinin rəsmi məlumatında deyilir ki, bu rəqəm keçən il 42 487 olaraq qeydə alınıb. 

Məlumatda vurğulanır ki, bu ilin aprel ayında Suriyadan olan 8 min qaçqın Türkiyədən Yunanıstana keçib. Kəçəan il bu rəqəm 3200 olaraq qeydə alınıb. 

Son 8 ayda Almaniyaya qonşu dövlərtlərdən keçən miqrantların sayı aşağıdakı kimidir : 

Avstriya – 3792 nəfər
Çexiya – 2863
Fransa –  2139
İsveçrə – 1807
Belçika – 1378
Polşa – 1235
Hollandiya- 1180
Danimarka – 648
Lüksemburq – 319

Mövzu ilə bağlı danışan Almaniyanın daxili işlər naziri Horst Seehofer bildirib ki, sərhədlərdə qanunsuz miqrasiya ilə bağlı polis yoxlamalarında iştirak edən şəxsi heyyətin sayı iki dəfə artırılıb.

KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 1-10-2019, 16:55