mobil versiya

Pakistan və İran bir gündə 3000-dən çox Əfqan qaçqınını deportasiya edib




Pakistan və İrandan bir gündə 3164 Əfqan qaçqını zorla deportasiya edilib.

Bu barədə Əfqanıstan yerli emdiası xəbər verir.

Əfqanıstan İslam Əmirliyinin (ƏİƏ) sözçü müavini Həmdullah Fitrət özünün X səhifəsində Miqrantların Problemlərinin Həlli üzrə Ali Komissiyanın hesabatını paylaşaraq, bazar ertəsi günü 3164 nəfərdən ibarət 580 ailənin ölkəyə qayıtdığını bildirib.

O bildirib ki, geri qayıdanlar ölkəyə Heratdakı İslam Qala keçidi, Nimrozdakı Pul-i-Abreşam, Qəndəhardakı Spin Boldak, Helmanddakı Bəhramça və Nəngərhardakı Torxam keçidi vasitəsilə daxil olub.

O qeyd edib ki, geri qayıdan 962 ailə (5404 nəfər) müvafiq ərazilərinə daşınıb, 557 ailə isə humanitar yardım alıb.

O əlavə edib ki, telekommunikasiya şirkətləri tərəfindən geri qayıdan qaçqınlar arasında 663 SİM kart da paylanıb.

Bazar günü İran və Pakistandan da təxminən 4834 əfqan qaçqını zorla deportasiya edilib.

Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:14