mobil versiya

ÇL: İlk yarımfinalçılar bu gün bəlli olacaq




UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bu gün məlum olacaq.

Buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək. İlk oyun günündə iki qarşılaşma olacaq.
İspaniya klublarının duelində “Atletiko” öz meydanında “Barselona”nı qəbul edəcək.
Günün digər görüşündə isə “Liverpul” PSJ ilə üz-üzə gələcək.
1/4 final mərhələsinə sabah yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
14 aprel
23:00. Atletiko (İspaniya) – Barselona (İspaniya)
İlk oyun – 2:0
23:00. Liverpul (İngiltərə) – PSJ (Fransa)
İlk oyun – 0:2


Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 14-04-2026, 11:20