mobil versiya

ÇL: Bu gün 1/8 final mərhələsinin püşkü atılacaq




Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Püşkatma UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında olacaq. Mərasim saat 15:00-da start götürəcək.

Bu mərhələdə liqa mərhələsini ilk “8-lik”də başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər.

Liqa mərhələsinin ilk “8-liy”i: “Arsenal” (İngiltərə), “Bayern” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Mançester Siti” (İngiltərə).
Pley-off mərhələsinin qalibləri: “Real” (İspaniya), PSJ (Fransa), “Nyukasl” (İngiltərə), “Atletiko” (İspaniya), “Atalanta” (İtaliya), “Bayer” (Almaniya), “Qalatasaray” (Türkiyə), “Budo Qlimt” (Norveç).
1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək. (Komanda.az)


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 27-02-2026, 11:48