mobil versiya

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq



Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.
Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olacaq. Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
"Qarabağ"ın potensial rəqibləri:
"Atalanta" (İtaliya)
"Bayer" (Almaniya)
"Brayton" (İngiltərə)
"Vest Hem" (İngiltərə)
"Vilyareal" (İspaniya)
"Liverpul" (İngiltərə)
"Reyncers" (Şotlandiya)
"Sparta" (Çexiya)
Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 23-02-2024, 09:19