mobil versiya

Avropa Liqası: Yarımfinal mərhələsinə İtaliyada start veriləcək




Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
"Report"un məlumatına görə, raundun hər iki qarşılaşması eyni gündə keçiriləcək.
İtaliyada baş tutacaq matçlarda "Yuventus" İspaniya "Sevilya"sını, "Roma" isə Almaniyanın "Bayer" klubunu qəbul edəcək. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.
UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
11 may

23:00. "Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya)
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, "Yuventus" stadionu
23:00. "Roma" (İtaliya) - "Bayer" (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu


KARUSEL / İDMAN
Tarix: 11-05-2023, 09:21