mobil versiya

“Qarabağ”ın əsas mərhələdəki rəqibləri bu gün məlum olacaq




UEFA Çempionlar Liqasının bu gün əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Saat 20:00-da Monakoda təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşəcək.

Püşkatmadan əvvəl əsas mərhələdə iştirak edəcək 36 komanda 4 səbətə bölünüb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 4-cü səbətdə yer alıb.
1-ci səbət
PSJ (Fransa), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bayern” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya)
2-ci səbət 
“Arsenal” (İngiltərə), “Bayer” (Almaniya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya) “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Brügge” (Belçika)
3-cü səbət 
“Tottenhem” (İngiltərə), PSV (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Slaviya” (Çexiya), “Budo Qlimt” (Norveç), “Marsel” (Fransa)
4-cü səbət 
“Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Yunion” (Belçika), “Qarabağ” (Azərbaycan), “Atletik” (İspaniya), “Nyukasl” (İngiltərə), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan)
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son tuun görüşləri 2026-cı il yanvarın 28-də olacaq. Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.

Reportyor.az





KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:19