Liberalizm, soaial-demokratiya, sosializm, marksizm, milliyyətçilik, dinçilik və s...
Yer üzündə mövcud olan bütün ideologiyalar siyasətçilər tərəfindən geniş xalq kütlələrinin rəğbətini qazanmaq, onları müəyyən ideallar əsasında birləşdirmək və müəyyən hədəflərə doğru yönəltmək üçün istifadə edilir. Gerçək hədəf rolunda isə həmişə iqtisadi maraq və mənafelər çıxış edir. Qurulan bütün siyasi oyunlar, geosiyasi planlar məhz bu hədəf ətrafında qurulur.
Suriyada baş verənlər də istisna deyil. Orada bir-biri ilə rəqabət aparan üç əsas qüvvənin çıxş etdiyini görməkdəyik.
1. Rusiya-İran-Hizbullah (Yəcuc-Məcuc) ittifaqı
2. ABŞ-İsrail-PKK (Dəccal) ittifaqı
3. Türkiyə-Qətər (Mehdiyyət) ittifaqı.
Arxasında Türkiyə və Qətərin durduğu Suriya inqilabı birinciləri sözügedən coğrafiyada oyunçu olmaqdan məhrum etdi.
İndi əsas savaş 2 və 3 - cülər arasında gedəcək. Artıq gedir də. İsrailin Suriyanı bombardımana başlaması, Türkiyə və Qətərə bağlı qüvvələrin Tel-Rəfət, Münbic və Deyr əz-Zoru ABŞ və İsrail dəstəkli kürd terrorçularından azad etməsi sözügedən savaşın ilk bəlirtiləridir.
Tərəflər nə uğrunda savaşır?
1. Misir qazını daşıyan, Misir, İordaniya və Suriya üzərindən keçən və gələcəkdə Türkiyəyə, oradan da Avropaya qədər uzadılması öngörülən qaz kəməri.
İsrail "Vəd edilmiş torpaqlar" və "Böyük İsrail" ideyalarını əldə bayraq edərək bu kəmərin hazırda keçdiyi əraziləri ələ keçirməyi düşünür.
2. Gələcəkdə Qətərdən Səudiyyə və Suriya üzərindən Türkiyəyə, oradan da Avropaya qədər uzanmalı olan qaz kəməri layihəsi.
Rusiya və İranın Suriyanı işğal etməsinin əsas səbəbi həm bu, həm də birinci layihəyə mane olmaq idi. Uduzdular və oyundan çıxdılar.
ABŞ və İsrail "Böyük Kürdüstan" yaratmaq, İsraildən ora uzanması öngörülən "Davud dəhlizi" layihəni gerçəkləşdirməklə həm bu layihəni, həm də Suriya və İraqın neft və qazını nəzarətə götürməyə çalışır.
3. Aralıq dənizinin qazla zəngin (3,54 trilyon kubmetr) hissəsi.
Bu qaz əsasən Misir, Qəzza, İsrail, Livan, Suriya, Türkiyə, yunan Kipri, Türk Kipri, qismən də Yunanıstan və Liviya ərazi sularını əhatə edir. Hər kəs daha çox sahil zonasına, deməli, həm də ərazi sularına sahib olmağa çalışır.
4. Suriyanın neft və qazla zəngin əraziləri.
Bu savaşdan Türkiyə və Qətər, yəni "Mehdiyyət" ittifaqının qalib çıxacağını düşünürəm. Bu qalibiyyətin üç təməl silahı və gücü var:
1. Türkiyyə silahlı qüvvələri.
2. Qətərin böyük maliyyə imkanları.
3. Hazırda dünyanın ən güclü və ən cəlbedici ideyası olan panislamizm və ya "İslam Xilafəti" ideyası.
***
"Məlhəmeyi-Kübra" və ya "Harmageddon savaşı" adları verilən bu böyük savaşı, yəni yuxarıda mahiyyətini izah etdiyim savaşı ideoloji baxımdan yüzmilyonların gözündə çox-çox cəlbedici hala gətirmişdir. Bu səbədən də onu dinlər və ya mədəniyyətlər savaşı kimi də gözdən keçirmək mümkündür.
ABŞ, İsrail, İran, Rusiya, Türkiyə, Qətər və s. ölkələr min cür plan qura bilərlər. Amma əsil PLAN QURAN, təbii ki, Allahdır...
Bəxtiyar Tuncay
KARUSEL / CƏMİYYƏT / YAZARLAR
Tarix: 12-12-2024, 10:11