İspaniya Aİ-nın Ukraynaya kömək üçün dondurulmuş Rusiya fondlarından istifadə səylərini dəstəkləyir

İspaniyanın İqtisadiyyat naziri Carlos Cuerpo hökumətinin Ukrayna hökumətinin maliyyələşdirilməsinə kömək etmək üçün Aİ-də saxlanılan dondurulmuş Rusiya aktivlərinin pula çevrilməsi üçün Avropa Komissiyasının göstərdiyi səyləri dəstəklədiyini söyləyib.
"İspaniyadan biz Ukrayna üçün maliyyəni mümkün qədər artırmağı müdafiə etmişik.... Biz bu immobilizasiya edilmiş aktivlərdən istifadə etmək üçün həqiqətən yaradıcı yollara baxmağı müdafiə edirik" - Cuerpo Bloomberg TV-yə müsahibəsində deyib.
Cuerpo, həmçinin, Avropa Birliyində Rusiyanın mayeləşdirilmiş təbii qazının əsas idxalçılarından biri olan İspaniyanın bu idxalı azaltmaq və ABŞ kimi ölkələrdən tədarüklə diversifikasiya etmək üçün çalışdığını bildirib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:37