mobil versiya

Aİ-də Rusiyanın aktivlərinin Ukraynaya verilməsi üzrə işçi qrupu yaradıldı



Avropa İttifaqının (Aİ) Daimi Nümayəndələr Komitəsi Rusiyanın həbs edilmiş və ya dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi imkanlarının öyrənilməsi üçün xüsusi işçi qrupunun yaradılması qərarını təsdiqləyib. 

Bu barədə Aİ Şurasından bildrilib.
“Bu gün Aİ səfirləri Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün dondurulmuş və həbs edilmiş Rusiya aktivlərinin istifadəsi üzrə xüsusi işçi qrupunun yaradılmasını təsdiqləyiblər”, – məlumatda deyilir.
Qrupun işinin nəticələri Aİ Şurasına təqdim olunacaq və sonra bütün praktiki qərarlar qəbul ediləcək.
KARUSEL / DÜNYA
Tarix: 15-02-2023, 16:17