Finlandiya Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi gəliri Ukraynaya silah-sursat tədarükü üçün istifadə edəcək

Finlandiya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya sursat tədarük edəcək.
Reportyor.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi bildirib.
"Finlandiya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynanı müdafiə materialları ilə təmin etmək üçün Avropa İttifaqının tədbirlərini həyata keçirən dövlətlərdən biri kimi seçilib", - nazirliyin bəyanatında deyilir.
Sursat Finlandiya tədarükçülərindən alınacaq və 90 milyon avro (101,12 milyon dollar) dəyərində qiymətləndirilib.
KARUSEL / DÜNYA
Tarix: 19-05-2025, 12:32