“Köhnə Bakı açıqcalarda” sərgisi keçiriləcək

"Köhnə Bakı açıqcalarda” sərgisi keçiriləcək.
15 sentyabr Bakının azad olunması gününə həsr olunan sərgidə Milli Azərbaycan Tarixi Muzeyində qorunan, XIX-XX əsrləri əhatə edən 74 orijinal açıqca ilk dəfə sərgilənəcək. Şəxsi kolleksiyalardan toplanmış açıqcalarda Bakının dənizkənarı sahili, təkrarsız memarlıq nümunələri yer alıb.
Sərgidə izləyicilər paytaxtın həmin dövrdəki mənzərəsinə, əhalinin məşğuliyyətinə, bir sözlə, adından da göründüyü kimi, Bakının köhnə görüntülərinin əks olunduğu təsvirlərə tamaşa edəcək, onu xatirələrində canlandıra biləcəklər.
Sərgidə izləyicilərin nümayiş olunan açıqcalar haqqında virtual məlumat almasına da şərait yaradılıb. Şərqin qocaman və ən böyük şəhərlərindən biri olan Bakıya həsr olunan sərgi 10 gün davam edəcək.
Sərgi Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Sərginin kuratoru Mirnaib Həsənoğludur.
Sərgi 10 sentyabr 2025, saat 18-00-da Milli Azərbaycan Tarixi Muzeyində (H.Z. Tağıyev kücəsi, 4.) keçiriləcək.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 20:14