mobil versiya

Azərbaycanda 240-a yaxın sümük iliyi transplantasiyası əməliyyatı icra edilib



Talassemiya xəstəliyinin müalicəsində ən təsirli üsul sümük iliyi transplantasiyasıdır.

Azərbaycanda bu əməliyyatlar 2014-cü ildən həyata keçirilir.

Bunu Azərtac-a Talassemiya Mərkəzinin Transplantasiya şöbəsinin müdiri, transplantasiya üzrə baş ekspert Nərgiz Əliyeva bildirib.
O deyib ki, indiyədək 240-a yaxın sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra edilib: “Pasiyent nə qədər gənc olarsa, sümük iliyi transplantasiyası ona bir o qədər uğurlu və effektiv təsir göstərir. Ancaq buradakı ən önəmli məsələlərdən biri uyğun donorun tapılmasıdır. Bacı-qardaş arasında uyğunluq 30 faiz hallarda təsadüf edir. 2023-cü ildən etibarən burada uyğun donoru tapılmayan pasiyentlər isə dövlət dəstəyi ilə transplantasiyanın təkmilləşdirmə proqramı çərçivəsində Türkiyəyə göndərilir və orada əməliyyat olunurlar”.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 5-09-2025, 17:03