mobil versiya

Ölkədə 145 transplantasiya əməliyyatı icra olunub



İcbari tibbi sığorta hesabına 2023-cü ilin avqust ayından cari ilin avqust ayına kimi 145 transplantasiya əməliyyatı icra olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, bu əməliyyatların 71-i qaraciyər, 71-i böyrək, 3-ü isə sümük iliyi transplantasiyası üzrə Agentliyin müqavilə bağladığı tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilib.
Qeyd edək ki, xəstəliyin diaqnostikası, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, laborator və instrumental müayinələr, qan və ya qan komponentləri, qidalanma həm donor, həm resipiyent üçün icbari tibbi sığorta tərəfindən qarşılanır. Habelə, transplantasiya üçün bir canlı donorun hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.
İcbari tibbi sığorta hesabına qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən olunub.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 29-08-2024, 10:54