Balaca Nihadın köməyinizə ehtiyacı var - FOTO
Yeddi yaşlı Nihad Şirinov leykozdan əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var.
Uşağın anası Səbinə Şirinova deyir ki, uşağın xəstəliyini iki yaşında biliblər:
“Üç il oğlum kimyaterapiya aldı, beş yaşında olanda həkimlər leykozun keçdiyini dedilər. İndi isə yeddi yaşı var və təəssüf ki, residiv baş verib”.
Uşağın vəziyyəti hazırda çox kritikdir. Xəstəlik onun bütün bədəninə yayılıb. Bundan əlavə, Nihad hepatit C xəstəliyindən də əziyyət çəkir və qaraciyəri də funksiyalarını tam icra edə bilmir.
“Təcili sümük iliyi nəqli əməliyyatına ehtiyacı var. Azərbaycanda deyirlər ki, əməliyyatdan əvvəl mütləq edilməli olan bir kimyəvi terapiya kursunun qiyməti 40 min, əməliyyatın özü isə 90 min manatdır. Amma burada bu prosedurlardan sonra uşağın sağ qalacağı ilə bağlı heç bir zəmanət vermirlər. Eyni zamanda, Belarusdakı həkimlər söz verirlər ki, Nihadı ayağa qaldıracaqlar və o da bizim kimi adi, sağlam insana çevriləcək. Sadəcə Belarusda eyni müalicənin qiyməti (kimya + cərrahiyyə) daha yüksək - 150 min dollara başa gələcək”, - deyə Nihadın anası bildirib.
Hazırda ailənin xeyirxah insanların köməyinə ehtiyacı var.
Telefon: 077 570 81 97 (Səbinə Şirinova)
Bank kartı: Umico 4169 7385 6719 3614
SON XƏBƏR / KARUSEL
Tarix: 21-08-2021, 17:11