İki aylıq körpənin şübhəli ölümü: 19 yaşlı ana ömürlük həbs edildi
Bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında iki aylıq Sevilay B. Bursada yerləşən Uludağ Üniversitetinin Tibb Fakultəsi Universitetinə qusmaq şikayəti ilə çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər uşağın bədənində göyərmələr aşkar ediblər. Bundan sonra polis araşdırma başlayıb və istintaq çərçivəsində ana Aliye.B həbs olunub.
“Hadisədən iki-üç gün əvvəl yuxulu vəziyyətdə olanda Sevilayın başı yatağın sərt hissəsinə dəydi. Hadisədən əvvəlki gecə həyat yoldaşımla mübahisə edirdik. Məni vurmaq istəyəndə yumruq uşağın qarnına dəydi. Uşağın başı yenə yatağa dəydi və yerə düşdü. Uşağı qucağıma aldıqdan sonra həyat yoldaşım yenə mənə yumruq vurmaq istədi. Həmin vaxt uşağım yerə üzü üstə düşdü”, - deyə həbs edilən ana Aliye.B bildirib.
MARAQLI / SON XƏBƏR / HADİSƏ
Tarix: 5-03-2020, 12:10