mobil versiya

Telefonu uşağın yanında enerjiyə qoşan valideynin məsuliyyətsizliyinin acı nəticəsi - FOTO




Altı aylıq uşaq elektrik yuvasına taxılan şarj cihazını çeynəyəndən sonra onu elektrik cərəyanı vurub. Hadisə Braziliyada baş verib.
Bu barədə “Daily Mail” xəbər yayıb.


Yuxudan duran uşaq döşəyinin yanında enerjiyə qoşulan telefonla oynamağa başlayıb. Heç nə anlamayan körpə naqili ağzına alıb. Uşağı güclü elektrik cərəyanı vurub.

Qohumları uşağı huşsuz vəziyyətdə və əllərində, ayaqlarında yanıq xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Həkimlər xeyli səy göstərdikdən sonra onun həyatını xilas edə biliblər.

Hazırda uşağın vəziyyəti düzəlməyə doğru gedir.




SON XƏBƏR / DÜNYA / HADİSƏ
Tarix: 21-02-2020, 21:00