Zibillikdə körpə uşaq tapıldı
Gəncə şəhərində yeni doğulan uşağı zibbiliyə atıblar.
BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, dekabrın 23-də şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş, naməlum oğlan uşağı tapılıb.
Körpə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis Şöbəsində araşdırma aparılır.
Uşağın kim tərəfindən sözügedən əraziyə atıldığı araşdırılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 24-12-2019, 10:11