mobil versiya

Yeni doğulan körpə öldü



Yevlaxda yeni doğulan körpə ölüb.

REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Rayon sakini Fəridə Xəlilova dekabrın 15-i saat 23 radələrində bətndaxili hipoksiya əlamətləri olan qız uşağı dünyaya gətirib.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq, körpə gecə saatlarında dünyasını dəyişib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

SON XƏBƏR / HADİSƏ
Tarix: 17-12-2019, 10:34