mobil versiya

Qazaxda 12 yaşlı oğlanı maşın vurub öldürdü



Qazax rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.
Rayonun Çaylı kənd sakini Qocayev Etibar Rəşid oğlu idarə etdiyi "VAZ 21154" markalı 20-DU-445 dövlət nömrə nişanlı avtomobillə Daş Salahlı kənd sakini, 2007-ci il təvəllüdlü Aqrayev Məhəmməd Vüqar oğlunu vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi başlanıb.

HADİSƏ
Tarix: 15-07-2019, 20:41