mobil versiya

Puşkovdan SENSASİON HƏDƏ: Əgər Berlin bu addımı atsa...




Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov bildirib ki, Almaniya Rusiya neftindən imtina edəcəyi təqdirdə bədəl ödəməli olacaq. 

REPORTYOR.AZ xəbər verir ki, bu barədə o, özünün Teleqram kanalında yazıb.

"Berlin öz qarşısında iqtisadiyyatını Rusiyanın enerji resurslarından ayırmaq kimi strateji vəzifə qoyub. Almaniyanın neftimizdən imtina etməsi qazdan daha məqsədəuyğun görünür, baxmayaraq ki, onlar bunun üçün xeyli bədəl ödəməli olacaq", - Puşkov qeyd edib.

Senator vurğulayıb ki, Almaniya hökumətində belə bir addımın tərəfdarları nə desələr də, Rusiya qazından imtina yaxın gələcəkdə utopiya kimi görünür.

Puşkov əlavə edib ki, "Berlinin AFR iqtisadiyyatını və Rusiya Federasiyasının enerji ehtiyatlarını "buxarlamaq" kursu 1970-ci illərdə formalaşmış və təxminən yarım əsr davam edən iqtisadi nizamın əsaslı yenidən qurulmasının tərkib hissəsidir". 

Qeyd edək ki, Almaniya Avropa İttifaqının növbəti sanksiyalar paketində qadağa ilə bağlı razılığa gələ bilməsə belə, Rusiyadan neft tədarükündən imtina etməyi planlaşdırır.

REPORTYOR.AZ 
KARUSEL / DÜNYA
Tarix: 17-05-2022, 11:45