mobil versiya

Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb




Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin qalib və iştirakçılarının təltifolunma mərasimi keçirilib.
Təltifolunma mərasimində Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin rayonlar üzrə təşkil olunmuş final mərhələsində fərqlənən qalib və iştirakçılar Baş İdarənin diplom, fəxri fərman, eləcə də hədiyyələri ilə mükafatlandırılıblar. Münsiflər heyətinin ümumi qərarına əsasən müsabiqənin qalibləri Hüseyn Cavid yaradıcılığından parçalarla çıxış ediblər.
Tədbirdə həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığına və onun sürgün həyatına həsr olunmuş videoçarxlar nümayiş olunub, eyni zamanda kitab sərgisi açılıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-12-2022, 12:02