mobil versiya

Ötən il öldürülən SEPAH üzvlərinin sayı açıqlanıb




Ötən bir il ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 40-a yaxın hərbçisi həyatını itirib.

Bunu SEPAH-ın Quru Qoşunlarının kordinatorunun müavini Əli Əkbər Purcəmşidian deyib.
O qeyd edib ki, həyatını itirən hərbçilər ölkənin müxtəlif bölgələrində, o cümlədən Tehranda baş verən son toqquşmalar, ölkənin şimal-qərb, qərb, cənub-şərq və digər bölgələrində gərginlik zamanı həyatlarını itiriblər. (APA)

KARUSEL / DÜNYA
Tarix: 9-01-2023, 13:24