mobil versiya

912 nəfər zəlzələdə həyatını itirib - Ərdoğan



Zəlzələ nəticəsində 912 nəfər həyatını itirib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, 5385 nəfər yaralanıb. 2470 nəfər dağıntı altından xilas edilib.
"Mərkəzi Kahramanmaraş olaraq təyin olunan və son qiymətləndirməyə görə maqnitudası 7,7 olan zəlzələ geniş ərazidə hiss olunub. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində dağıntılara səbəb olub.
Biz prioritetlərimizi axtarış-xilasetmə işlərinə verdik. Axtarış-xilasetmə işlərini 9 min personal aparır və bu rəqəm kənardan gələnlərlə daim artır. Binaların altındakı vətəndaşlarımızın aşkarlanması və xilasetmə işləri fasiləsiz davam edir", - deyə R.T.Ərdoğan əlavə edib.

KARUSEL / GÜNDƏM
Tarix: 6-02-2023, 14:15