mobil versiya

Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır - İlham Əliyev



Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında söyləyib.
Dövlət başçısı deyib ki, strateji əməkdaşlıq haqqında Birgə Bəyannamədə əslində əks olunan maddələr bizim niyyətimizi əks etdirir. Eyni zamanda gələcək əməkdaşlıq perespektivlərini müəyyən edir:"Hesab edirəm ki, bu gün Slovakiya - Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu olacaq. Biz bu gün cənab nazirlə təkbətək görüş əsnasında, eyni zamanda nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik, bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik, eyni zamanda bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasbətimizi bildirdik".

KARUSEL / SİYASƏT
Tarix: 7-05-2024, 13:43