mobil versiya

Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə görə 21 nəfər saxlanılıb



Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 21 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, faktlarla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyənləşdirilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri görülür.
KARUSEL / HADİSƏ
Tarix: 3-04-2023, 18:14