mobil versiya

Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq



Finlandiya NATO XİN rəhbərlərinin sabah keçiriləcək görüşü zamanı rəsmi olaraq Alyansa üzv olacaq.
APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinq zamanı deyib.
Stoltenberq qeyd edib ki, sabah NATO ölkələrinin XİN rəhbərlərinin alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək görüşündə Finlandiya 31-ci üzv ölkə olaraq NATO-ya qatılacaq və bayrağı NATO qərargahının önündə qaldırılacaq.
KARUSEL / DÜNYA
Tarix: 3-04-2023, 18:37