mobil versiya

Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri bəlli olub



Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatlarında ilk final oyunlarının tarixləri bəlli olub.
Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında üçüncülük uğrunda və final qarşılaşmalarına aprelin 11-də start veriləcək. Finalda "Xarı bülbül" və "Murov" kollektivləri, bürünc medal uğrunda isə "Neftçi" və MOİK komandaları üz-üzə gələcəklər.
Qadın voleybolçuların həlledici matçları isə aprelin 12-də başlayacaq. "Abşeron" və "Azərreyl" çempionu, UNEC və "Murov" isə bürünc mükafatın sahibini müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Yüksək liqaların reqlamentinə əsasən, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar da təşkil olunacaq. Oyunlar Voleybol Mərkəzində keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 10-04-2023, 15:24