mobil versiya

Ərdoğan T-70 helikopterinə "Nefes" adını verib



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınsöndürən təyyarələrin təhvil verilməsi mərasimində iştirak edib.
TurkicWorld xəbər verir ki, prezident T-70 helikopterinə "NEFES" adını verib.
Məlumata əsasən, bir Sikorsky T70 tipli yanğınsöndürmə helikopteri, dörd Air Tractor model yanğınsöndürmə təyyarəsi və bir kəşfiyyat təyyarəsi Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin donanmasına əlavə edilib.
Bundan əlavə, Rəcəb Tayyib Ərdoğan kəşfiyyat təyyarəsinə "OTAĞ" adını verib.
Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən "NEFES" 2,5 ton su atma qabiliyyətinə malikdir.
Hazırda Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinin donanmasındakı 22 təyyarə və 9 helikopterdən ibarət 31 texnikanın ümumi dəyəri 286 milyon dollar təşkil edir.
Bundan əlavə, Türkiyənin yerli və milli Atak-2 helikopterlərindən istifadə edərək 4 ton su atma qabiliyyətinə malik 10 helikopterin istehsalı üçün TUSAŞ-la 208 milyon dollarlıq müqavilə imzalanıb.



KARUSEL / DÜNYA
Tarix: 3-05-2023, 17:07