mobil versiya

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib



Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.
Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub.

KARUSEL / ÖLKƏ
Tarix: 4-05-2023, 15:28