mobil versiya

Serbiyadakı silahlı hücumda 8 nəfər ölüb



Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Mladenovaç şəhərində hərəkətdə olan avtomobildən avtomat silahdan açılan atəş nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
Serbiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda təcavüzkarın əla keçirilməsi üçün “Qasırğa” adlı əməliyyata başlanıldığı və hadisəni törədən 21 yaşlı şəxsin mühasirəyə alındığı, lakin onun təslim olmayaraq atəş açmağa davam etdiyi bildirilir.
Daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.
Qeyd edək ki, Serbiyada çərşənbə günü Vladislav Ribnikar İbtidai məktəbində 7-ci sinif şagirdi tərəfindən həyata keçirilən hücumda 9 nəfər həlak olub.

KARUSEL / DÜNYA
Tarix: 5-05-2023, 08:43